Media is too big
VIEW IN TELEGRAM
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin paytaxt yollarında quraşdırılmış videomüşahidə kameralarının əhatə dairəsində ötən 6 ay ərzində 885 yol-nəqliyyat hadisəsi baş verib. Bundan başqa, 933 texniki nasaz nəqliyyat vasitəsinin yolda qalması müşahidə edilib. Müvafiq tədbirlər görülməsi üçün NİİM-in əməkdaşları tərəfindən aidiyyəti üzrə Bakı şəhər DYPİ-nin əməkdaşlarına dərhal məlumat verilib. Qeydə alınan qəzaların təhlili göstərir ki, sürət həddinə, ara məsafəsinə düzgün əməl edilməməsi, yol nişanlarının tələbinin pozulması və sürücü diqqətsizliyi yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olub. Bakının müxtəlif küçə və prospektlərində baş verən bu hadisələr və yolda qalan texniki nasaz avtomobillər sıxlığın yaranmasına, digər nəqliyyat vasitələrinin sərbəst və fasiləsiz hərəkət etməsinə mane olub.