This media is not supported in your browser
VIEW IN TELEGRAM
Nasaz avtomobillə yüksək sürətli avtomobil yoluna çıxan sürücü barəsində tədbir görülüb.

Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunda idarə etdiyi nasaz nəqliyyat vasitəsilə digər hərəkət iştirakçılarına təhlükə yaradan sürücü ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntü Baş DYP İdarəsində araşdırılıb.

Araşdırma nəticəsində 99-ZY-691 dövlət qeydiyyat nişanlı avtomobili mühərriki nasaz vəziyyətdə idarə edən şəxsin Şirvan şəhər sakini Yavər Zaidov olduğu müəyyən edilib və həmin sürücü barəsində inzibati qanunvericiliyə uyğun tədbir görülüb.