This media is not supported in your browser
VIEW IN TELEGRAM
TƏCİLİ: İranda dəhşətli yol qəzası: 14 nəfər yerindəcə ölüb

Sistan və Bəluçestan əyalətinin İranşəhr şəhərində 14 nəfərin ölümü ilə nəticələnən dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə "Pejo" markalı iki minik avtomobilinin toqquşması nəticəsində meydana gəlib.

Məlumata görə, avtomobillər toqquşduqdan sonra alovlanmağa başlayıb və 14 nəfər yanaraq həlak olub.

Dünən gecə saatlartında baş verən qəzada ölən 14 nəfərdən 11-nin hadisə yerində, 3-nün isə ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirildikdən sonra dünyasını dəyişdiyi bildirilib.

Qeyd edək ki, İran istehsalı avtomobillərin olduqca keyfiyyətsiz olması ölkədə hər il on minlərlə insanın ölümünə səbəb olur. Belə ki, İran istehsalı olan maşınlar hadisə zamanı ya parçalanır ya da yanmağa başlayır ki, bu da minlərlə insanın ölümənə gətirib çıxarır.

https://bit.ly/3yIbBLX