This media is not supported in your browser
VIEW IN TELEGRAM
SON DƏQİQƏ: İranda çökən binanın havadan dəhşətli görüntüləri😔

Xəbər verdiyimiz kimi, aprelin 23-də İranın Xuzestan əyalətinin Abadan şəhərində 10 mərtəbəli Metropol binasının çökməsi nəticəsində indiyədək ən azı 14 nəfər həyatını itirib, 35 nəfər isə yaralanıb. Bununla yanaşı, hələ də onlarla insanın dağıntılar altında qaldığına dair çoxsaylı xəbərlər var.

Sosial şəbəkələrdə yayılan videolarda yerli əhali deyir ki, hökumət fəsadların aradan qaldırılması üçün Abadana lazımı canlı qüvvə və texnika göndərmir. Hətta videolardan birində açıq şəkildə görünür ki, yerli camaat heç bir texniki vasitə olmadan, əli yalın dağıntıları təmizləyərək insanları xilas etməyə çalışır.

Yayılan xəbərlər arasında binanın sahibi və podratçısının da həbs edilməsinə dair ilkin məlumatlar yayılmış, daha sonra isə hər ikisinin dağıntılar altında öldüyü iddia edilmişdi.

تصاویر هوایی از ساختمان فرو ریخته متروپل آبادان