SON DƏQİQƏ: İranda daha bir polis zabiti qətlə yetirildi

İranın Sistan-Bəluçistan əyalətinin Gəluqah mahalında polis qüvvələrinin zabiti öldürülüb. Baş leytenant Vəhid Nazeri Tiləno kəndində öz evinin qarşısında naməlum şəxslər tərəfindən güllələnib.

İran mediasının məlumatına görə, hücum edən şəxslərin kimliyi barədə dəqiq məlumat yoxdur. Onların şəxsiyyətinin müəyyən edilməsi üçün axtarış-əməliyyat tədbirləri başlanıb.

https://bit.ly/3GaRqZ9