🇮🇷 İran zindanlarında məhbuslara böcəklərlə işgəncə verilir 🪲😱

Tehrandakı bədnam Evin zindanında həbsdə olan və adı açıqlanmayan siyasi məhbusun yazdığı məktubun yayılması və həbsxanada yataq böcəklərinin olması ilə bağlı şikayəti ilə İran zindanları və təcridxanalarındakı vəziyyətin pis olması növbəti dəfə hüquq müdafiəçilərinin və siyasi məhbusların müzakirə mövzusuna çevrilib.

Bu haqda güneyli milli fəal və siyasi məhbus Abbas Lisaninin “Telegram” kanalı xəbər verir.

Evin zindanının 8-ci bölməsində saxlanılan siyasi məhbus məktubunda yazır: “Yataq qurdlarına dözmək işgəncəsi bizim məhkumluğumuzun bir hissəsidir? Bəzi məhbuslar yataq böcəyinin dişləməsi səbəbindən gecələr yata bilmir və yuxu dərmanı istifadə etmək məcburiyyətində qalırlar”.

Məktubun yayılmasından sonra İranın Ədliyyə-Məhkəmə Sisteminə bağlı media qurumu Evin zindanında böcəklərin olmasını inkar edib. Halbuki, bir çox güneyli siyasi məhbus həbs müddətində bu işgəncəyə dəfələrlə etiraz edib.

#İran #məhbus #işgəncə

Kanala abunə olun