🇮🇷 İran hökuməti 10-a yaxın məhbusu edam edib 😱😥

İranda İnsan Haqları Təşkilatı xəbər verir ki, dünən Ərdəbil, Bircənd və Məşhədin Vəkilabad #zindanlarında biri #qadın olmaqla 7 məhbus dar ağacından asılıb.

Məlumata görə, edam edilən məhbuslardan dördü “narkotik maddələrin qanunsuz dövriyyəsi”ndə, üçü isə “qəsdən adam öldürmək”də #ittiham edilib.

Qeyd olunub ki, 2023-cü ildə İran həbsxanalarında 834 məhbusun #edam_hökmü həyata keçirilib və bu göstərici 2022-ci illə müqayisədə 43% çoxdur.

#İran #məhbus #edam