🇮🇷 İranda onlarla həkim saxta spirtli içkidən zəhərləndi 🧑‍⚕️👩‍⚕️☠️

“Mashregh News” xəbər verib ki, bir neçə gün öncə #Şiraz şəhəri ətrafındakı bağların birində şənlik keçirən 29 həkim saxta spirtli içki qəbul etdiyi üçün #zəhərlənib.

Məlumata görə, onlar dərhal #xəstəxanaya yerləşdiriliblər. Bildirilib ki, bir qadın həkim ölüb, başqa bir həkim isə #komadadır.

Qeyd olunub ki, saxta spirtli içkilərin satıcısı kütləvi zəhərlənmə hadisəsindən sonra #həbs edilib.

#İran #həkim #spirtli_içki #ölüm