🇮🇷 İranın 10-dan çox əyaləti daşqınlardan zərər çəkib 🌧️🌊

İranın bir sıra əyalətlərində, xüsusən də mərkəzi və cənub-şərq bölgələrində iki gün öncə başlayan leysan yağışları nəticəsində yaranan daşqınlar böyük #fəsadlar törədib.

Məlumata görə, daşqınlar #yaşayış_evlərini uçurub, yolları bağlayıb.

İranın Qızıl Aypara Cəmiyyətinin Yardım və Xilasetmə Təşkilatın rəhbəri Babək Mahmudi deyib: “Son 48 saatda 1300-dən çox insan daşqınlardan zərər çəkib. Aprelin 23-dən etibarən İsfahan, Tehran, Cənubi Xorasan, Simnan, Sistan və Bəluçistan, Fars, Qum, Gülüstan, Mazandaran, Kerman və Yəzd əyalətində #leysan_yağışları daşqınlara səbəb olub”.

#İran #əyalət #daşqın