🛑 Urmiyada məktəbdə yanğın zamanı 10-dan çox şagird zəhərlənib 👧👦🔥

“İSCA News” xəbər verir ki, bu gün #Qərbi_Azərbyacan əyalətinin Təcili Yardım Mərkəzinin rəhbəri Fərzin Rzazadə bildirib ki, Urmiya şəhərində #qızlar_məktəbində baş verən #yanğın 18 #şagirdin zəhərlənməsinə səbəb olub.

Onun sözlərinə görə, Urmiyada qızlar məktəbinin siniflərindən birində meydana gələn yanğına görə hadisə yerinə təcili yardım və yanğınsöndürən qüvvələri göndərilib.

Qeyd olunub ki, yanğın nəticəsində tüstüdən zəhərlənən şagirdlər xəstəxanaya aparılıblar. Yanğının hansı səbəbdən baş verməsi isə hələlik bəlli deyil.

#Urmiya #məktəb #yanğın #şagird #zəhərlənmə