🚨Urmu zindanında məhbusların fəryadı: “İntihara sürüklənirik” 😱😢

Güney Azərbaycanın Urmu şəhər həbsxanasında cəza çəkən 800-dən çox məhbus açıq məktub yazaraq həbsxana rəhbəri Peyman Xanzadənin zülmündən intihar hallarının artmasına toxunaraq, onun işdən çıxarılmasını tələb ediblər.

Məlumata görə, onlar həbsxana rəhbəri Peyman Zanzadənin #məhbuslara və #ailələrinə qarşı #amansızlığınndan söz açıb, bu səbəbdən bir neçə məhbusun #intihara əl atdığını bildiriblər.

Məktubun əvvəlində məhbuslar yazıblar: “Həbsxana rəhbəri Xanzadə bizə problem yaratmaqla yanaşı, ailələrimiz ilə də prinsip aparır!”.

Məkub müəllifləri hüquq müdafiə təşkilatlarından yardım istəyib, aidiyyəti dövlət qurumlarından Peyman Xanzadənin həbsxana rəhbərliyindən uzaqlaşdırılmasını istəyiblər.

#Urmu_zindanı #məhbus #həbsxana_rəhbəri #istefa #tələb