Bu il 🇮🇷 iranlıların həcc və ümrə ziyarətləri ləğv edildi 🕋

İranın Həcc və Ziyarət Təşkilatı xəbər verib ki, bu il həcc və ümrə ziyarəti rəsmi olaraq ləğv edilib və 30 mindən çox iranlının #qeydiyyat_haqqı fevralın 17-də bank hesablarına qaytarılacaq.

Məlumata görə, iranlı zəvvarların ilk qrupu #Tehranla Ər-Riyad arasında diplomatik münasibətlərin kəsilməsindən sonra, yanvarın 3-də səhər saatlarında həcc ziyarəti üçün getməli idi, lakin İranın mədəniyyət və islami irşad naziri Məhəmməd Mehdi İsmayili #texniki_səbəblərdən səfərin baş tutmadığını #iddia edib.

Qeyd olunub ki, həmin gün “İran Air” aviaşirkətinin sözçüsü Hüsam Qurbanəli deyib: “Lazımi son #icazələrin alınmaması səbəbindən İran təyyarəsi Səudiyyə Ərəbistanına və Ciddə hava limanına gedə bilməyəcək”.

#İran #zəvvar #həcc_ümrə #ziyarət #ləğv