🛑 Daha bir güneyli fəal həbs edildi 😱😡

Güney Azərbaycan Milli Hərəkatının fəalı Murtaza Pərvin bu gün səhər saatlarında #Ərdəbil şəhərinin təhlükəsizlik qüvvələri tərəfindən həbs olunub.

Bu haqda güneyli siyasi məhbus və fəal Abbas Lisaninin “Teleqram” kanalı xəbər verib.

Məlumata görə, milli fəalın hansı #ittihamlarla həbs edilməsi və hara aparılması bəlli deyil.

Qeyd olunub ki, Murtaza Pərvin daha öncə də mədəni fəaliyyətlərinə görə dəfələrlə həbs və #təhdid edilib, habelə ona 40 zərbə #şallaq_cəzası da verilib.

#Güney_Azərbaycan #milli_fəal #həbs