Siyasi məhbus 🇮🇷 SEPAH-ın “əməkdaşlıq təklifi”ni rədd edərək intihara əl atıb 😱😢

“Amerikanın Səsi” radiosu xəbər verir ki, aclıq aksiyasının 20-ci günündə Tehrandakı bədnam Evin #zindanının qadın məhbuslar bölməsində cəza çəkən #siyasi_məhbus Zöhrə Sərvə yaxın mənbə bildirib ki, İranın İslam İnqilabının Keşikçiləri Korpusunun (#SEPAH) “əməkdaşlıq təklifi”ni rədd etdikdən sonra SEPAH rəsmilərinin təhdidləri ilə üzləşib və bir sıra həblər qəbul edərək intihara cəhd edib.

Məlumata görə, SEPAH əməkdaşları dünən günorta saatlarında Zöhrə Sərvə əməkdaşlıq təklif ediblər. O, bu təklifi qəbul etmədikdə isə onların təhdidləri ilə üzləşib.

Qeyd olunub ki, intihara əl atan siyasi məhbus dərhal xəstəxanaya aparılıb və ilkin müdaxilədən sonra özünə gəldikdə bildirib:
“Bu dəfə haqqımı almaq üçün canımla onların qarşısında dayanacağam”.

#İran #siyasi_məhbus #SEPAH #əməkdaşlıq #təklif #intihar