🇮🇷 İran əfqan və iraqlı yaraqlıları Suriyanın İsraillə sərhədində cəmləşdirir 🔥

Əfqanıstanlı politoloq və jurnalist Rəzzaq Məmun Əfqanıstandan 1200-ə yaxın istehkamçının Livana göndərilməsi üçün Suriyaya getdiyini bildirib.

Onun sözlərinə görə, onlar əsasən Əfqanıstanın şimal bölgələrindən gələn şiə həzarələrdir.

Məlumata əsasən, noyabrın 12-də Suriya İnsan Haqları Monitorinq Qrupu oktyabr ayı ərzində müxtəlif millətlərdən olan 700-ə yaxın yaraqlının Suriyanın İsraillə sərhəd yaxınlığında yerləşən Qolan təpələrinə yerləşdirildiyini açıqlayıb.

Qeyd edək ki, sözügedən yaraqlıların SEPAH və Hizbullah tərəfindən hazırlandığı bildirilib.

#İran #Suriya #İsrail #əfqan #əfqan #yaraqlı