Urmu gölünün quruması nəticəsində yaranan böhran insan fəlakətidir🚨

Səhiyyə mütəxəssisləri, ekoloqlar və Güney Azərbaycan Milli Hərəkatı fəallarının son illər Urmu gölünün quruması nəticəsində ekoloji fəlakətin baş verməsi ilə bağlı xəbərdarlığına rəğmən, İran hökuməti nəinki Urmu gölünü dirçəltmək və fəlakətin qarşısını almaq üçün heç bir tədbir görmür, həm də günü-gündən bu ekoloji fəlakətə etiraz edən milli fəallar repressiv hökumətin qurbanına çevrilir.

Bir neçə gün öncə tanınmış güneyli kinorejissor Məhəmməd Əlimuradi İnstagramda “Urmu gölü ətrafında insan fəlakəti” başlıqlı yazı paylaşaraq, tənəffüs və həzm orqanları xəstəliklərinin fəsadlarına toxunub.

O, gölün ətraf kəndlərinin sakinləri və bir neçə nəfərin ölümü ilə nəticələnən fəlakətə toxunaraq medianın buna susmasını tənqid edib.

“Gölə yaxın kəndlərin daha bir sakininin ağciyər problemi ilə xəstəxanaya yerləşdirilməsi xəbəri məni kədərləndirdi; Sənədli filmlərimdən birində canlandırdığımız iki uşaq anası…”, - o, qeyd edib.

#Urmu_gölü #fəlakət