🇮🇷 İranlı kinorejissor hicabsız fotosunu paylaşıb 😂

İranlı məşhur kinorejissor və aktrisa Mərziyə Vəfamehr “İnstaqram” sosial şəbəkəsində bu görüntüsünü paylaşaraq yazıb:

“Bu gün səhər yeməyinə getmişdik, amma məni restorana buraxmadılar, çünki hicabım yox idi. Mən də başıma kağız paket qoydum”.

Xatırladaq ki, aktrisa 2007-ci ildə “Mənim Tehranım satılır” adlı filmdə hicabsız rol oynadığı üçün həbs edilmişdi.

#İran #kinorejissor #aktrisa