İranda yoxsulluq indeksi son 10 ildə görünməmiş həddə çatıb

“Eco İran” saytı müxtəlif illərdə İranda və habelə İbrahim Rəisinin prezidentliyi dövründə yoxsulluq göstəricisini təhlil edib. Təhlillər nəticəsində İranda yoxsulluq indeksinin 54,8%-ə çatdığı üzə çıxıb, bu da son 10 ildə misli görünməmiş göstəricidir.

Ölkədə yoxsulluq indeksi insanların işsizlik riski və yaşayış xərclərinin artması səbəbindən gündəlik olaraq hiss etdikləri iqtisadi sıxıntının ölçüsüdür. Başqa sözlə, yoxsulluq indeksi illik inflyasiya səviyyəsinə mövsümi işsizlik səviyyəsini əlavə etməklə hesablanır.

#İran #yoxsulluq #işsizlik #inflyasiya