Azad İran
İranda bir ABŞ dollarının məzənnəsinin 100 min tümənə qədər bahalaşacağı istisna deyil İranlı iqtisadi ekspert "The İndependent" nəşrinə müsahibəsində deyib: "İran Mərkəzi Bankın sədri Fərzinin verdiyi açıqlamaya görə, təkcə son 40 gün ərzində 6.5 milyard…
Bəs həmin pullar kimə verilib? İran Ticarət Palatası sözügedən vəsaiti əldə etdiyini bildirir. Yəni ölkədə idxal-ixrac əməliyyatlarını həyata keçirməli olan sahibkarlıq subyektləri həmin vəsaiti almayıblar. Bəs kim alıb? Biz bilmirik. Bu ki baş verən yeni hal deyil.
Həmin vəziyyət Həsən Ruhani hökuməti dövründə də hökm sürüb. Belə ki, o vaxt qara bazarda bir ABŞ dollarının məzənnəsi 4.200 tümən, bəlkə də.daha az idi. Milyardlarla dolları öz adamlarına paylayırdılar. Əhmədinejadın prezidentliyi dövründə isə vəziyyət daha pis idi və s.
Mən burada daha bir məqamı əlavə etmək istəyirəm: Bəzən insanlar qara bazarda dolların məzənnəsinin bir müddət stabil qalmasına sevinirlər.