🇮🇷İranda 72 saat ərzində 70 etnik bəluç vətəndaş həbs edilib😢😡

Keçmiş siyasi məhbus və Bəluç media fəalı Məhəmməd Saber Malek Rəisi "Twitter" hesabında 72 saat ərzində Zahedanda ən azı 70 bəluç vətəndaşın "saxta ittihamlarla" həbs edildiyini açıqlayıb.

Malek Rəisi eləcə də, Zahedanda həbslərin artdığını və “hərbi idarəetmə” rejimi yaradıldığını bildirərək yazıb: “İstənilən yerdə iki nəfərdən çox adamın toplanması həbsə bərabərdir”.

Zahedan şəhərinin "Zahedan sakinləri üçün böyük bir həbsxanaya çevrildiyini" bildirərək, o yazıb ki, yanvarın 1-i axşam saatlarından başlayaraq, "ETTELAAT və SEPAH kəşfiyyatının hücumu nəticəsində şəhərin müxtəlif bölgələrində çoxlu bəluç gənci həbs edilib.

بازداشت ۷۰ شهروند بلوچ ظرف ۷۲ ساعت

#İran #bəluç #həbslər