Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
Ermənistanda YDM-də güclü partlayış baş verdi
💥 Ermənistanın Abovyan şəhərində qazdoldurma məntəqəsində baş vermiş yanğın söndürülüb, soyutma işləri davam edir.

Son məlumatlara görə, yeddi nəfər xəsarət alıb, onlardan biri tibbi yardım aldıqdan sonra xəstəxanadan buraxılıb. Ölən yoxdur.

Hazırda İrəvan-Sevan avtomobil yolunun 16-18-ci kilometrləri hər iki istiqamətdə bağlıdır.