AZERTAC
6.19K subscribers
6.62K photos
2.24K videos
13 files
10.2K links
Azərbaycan və dünya xəbərləri
Download Telegram
Media is too big
VIEW IN TELEGRAM
Nərimanov rayonunda Əhməd Rəcəbli küçəsinin bir hissəsi təmir olunur
Media is too big
VIEW IN TELEGRAM
Gilas bağlarında bu il məhsuldarlıq aşağı olacaq
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Natəvanın heykəli Parisdə ucaldıldı

Natəvanın heykəli Parisdə Azərbaycan Mədəniyyət Mərkəzinin ərazisində ucaldılıb. Heykələ qarşı Evian lö Bən şəhərində vandallıq hadisələrindən sonra Parisə gətirilib.
Mariya Stadnik uduzsa da, lisenziya şansını saxlayıb

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində yarımfinal görüşünə çıxıb.

AZƏRTAC xəbər verir ki, 50 kiloqram çəkidə mübarizə aparan idmançı Şimali Koreya təmsilçisi Son Hyanq Kimlə qarşılaşıb. O, rəqibinə uduzsa da, lisenziya şansını saxlayıb. M. Stadnik sabah 3-cü yer uğrunda görüşdə qalib gəlsə, "Paris-2024" Yay Olimpiya Oyunlarına vəsiqəni təmin edəcək.

Bu gün xalça üzərinə çıxan digər qadın güləşçilər - Gültəkin Şirinova (53 kiloqram), Alyona Kolesnik (57 kiloqram), Ruzanna Məmmədova (62 kiloqram) və Elis Manolova (68 kiloqram) isə "Paris-2024"ə lisenziya qazana bilməyiblər.

Qeyd edək ki, yarışın ilk günündə Azərbaycanın yunan-Roma güləşçilərindən Murad Məmmədov (60 kiloqram), Rafiq Hüseynov (87 kiloqram) və Sabah Şəriəti (130 kiloqram) Olimpiya lisenziyası əldə ediblər.
Pakistanın Baş naziri COP29-a dəvət olunub

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayevi qəbul edib.

AZƏRTAC xəbər verir ki, Muxtar Babayev Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirakla bağlı dəvət məktubunu Baş naziri Məhəmməd Şahbaz Şərifə təqdim edib.

Baş nazir səmimi dəvətə görə Prezident İlham Əliyevə təşəkkürünü və bu il dünya liderlərinin ən mühüm toplantısı olan COP29-a ev sahibliyinə görə təbriklərini çatdırmağı xahiş edib. Baş nazir COP29-u səbirsizliklə gözlədiyini söyləyib.

Məhəmməd Şahbaz Şərif Pakistanın Azərbaycanı COP29-la bağlı hərtərəfli dəstəklədiyini vurğulayıb.

Muxtar Babayev COP29-a hazırlıq prosesində Azərbaycana göstərdiyi dəstəyə görə Baş nazirə minnətdarlığını bildirib.
Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb.

azertag.az/xeber/2996546
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Şuşa şəhərinə və Laçın rayonunun Sus kəndinə ilk köç karvanı yola salınıb.

AZƏRTAC xəbər verir ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı mayın 9-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. İlk mərhələdə Şuşa şəhərinə 20 ailə - 88 nəfər, Laçın rayonunun Sus kəndinə isə 20 ailə, 75 nəfər köçürülüb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra doğma yurdlarına könüllü, təhlükəsiz və ləyaqətlə qayıtmalarına imkan yaranıb. Doğma yurda qayıdan Şuşa şəhəri və Laçın rayon Sus kənd sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
Xankəndində 38 avtomat silahı, 8 tapança, 14 tüfəng aşkarlanıb.

azertag.az/xeber/2996634
🇦🇿🇷🇺 Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Mixail Mişustini Rusiya Federasiyası Hökumətinin sədri vəzifəsinə təyin edilməsi münasibətilə təbrik edib.

M.Mişustinin başçılıq etdiyi hökumətin fəaliyyətinin gələcəkdə də Azərbaycan ilə Rusiya arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişafına və strateji tərəfdaşlığın dərinləşməsinə kömək edəcəyinə əminlik ifadə olunub.
Media is too big
VIEW IN TELEGRAM
Fövqəladə Hallar Nazirliyi daha bir qanunsuz tikintinin qarşısını alıb.
🛢️ Dünya bazarında Azərbaycan nefti ucuzlaşıb.

AZƏRTAC xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,17 dollar və ya 0,2 faiz azalaraq 85,06 dollar olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 11-də Şuşada ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki qəbul edib.

azertag.az/xeber/2996810
AFFA İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı açıqlanıb.

AZƏRTAC qurumun rəsmi saytına istinadən xəbər verir ki, mayın 13-də keçiriləcək tədbirin gündəliyinə 4 məsələ daxil edilib.

Bunlar AFFA-nın inkişafı strategiyasının (inkişaf hədəflərinin müəyyən olunması, strategiyanın yazılması), Azərbaycan Premyer Liqasında komanda sayının artırılmasının, ölkə çempionatının 2024-2025-cü illər mövsümündə tətbiq olunacaq legioner limitinin və 2024-cü il üçün AFFA büdcəsinin müzakirəsidir.

Qeyd edək ki, iclas saat 15:00-da başlayacaq.
Mayın 11-də Şuşada Heydər Əliyev Fondu və ICESCO arasında əməkdaşlığa dair memorandum imzalanıb. Memorandum mədəniyyət, elm və təhsil, yeni texnologiyaların inkişafı sahələrində təcrübə mübadiləsinin aparılmasını, eyni zamanda, birgə layihələrin icra olunmasını nəzərdə tutur.

azertag.az/xeber/2996850